İdman

"Qarabağ"ın növbəti mərhələdəki rəqibi müəyyənləşib

1 dəqiqə
"Qarabağ"ın növbəti mərhələdəki rəqibi müəyyənləşib

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Abzas.net xəbər verir ki, Gürcüstan çempionunu yarışdan kənarlaşdıran "Qarabağ" növbəti mərhələdə Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq.

Qarşılaşma iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Görüş saat 21:00-da başlanacaq. Cavab matçı isə bir həftə sonra keçiriləcək.

ÇL-in III təsnifat mərhələsinin digər oyunlarında aşağıdakı cütlüklər qarşı qarşıya gələcək.

“Slaviya” (Praqa, Çexiya) – BATE (Belarus)

“Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç)

“Astana” (Qazaxıstan) – “Legiya” (Polşa)

“Kopenhagen” (Danimarka) – “Vardar” (Macarıstan)

“Vitorul” (Rumıniya) – APOEL (Kipr)

“Hapoel” (Beer Şeva, İsrail) – “Ludoqorets” (Bolqarıstan)

“Maribor” (Sloveniya) – “Hafnarfyordur” (İslandiya)

“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

“Zalsburq” (Avstriya) – “Riyeka” (Xorvatiya)

“Partizan” (Serbiya) – “Olimpiakos” (Yunanıstan)

“Dinamo” (Kiyev, Ukrayna) – “Yanq Boyz” (İsveçrə)

“Nitsa” (Fransa) – “Ayaks” (Hollandiya)

“Brügge” (Belçika) – “Başakşəhər” (Türkiyə)

AEK (Yunanıstan) – ÇSKA (Moskva, Rusiya)

“Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya)

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun