İdman

"Samtredia" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib

1 dəqiqə
"Samtredia" - "Qarabağ" matçının başlama saatı müəyyənləşib

Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın Gürcüstanın "Samtredia" komandası ilə keçirəcəyi cavab görüşünün başlama saatı müəyyənləşib.

"Report"un məlumatına görə, iyulun 18-də baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq. Görüş Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionunda təşkil olunacaq.

Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş iyulun 11-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun