İdman

Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlarına təyinatlar açıqlanıb

1 dəqiqə
Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlarına təyinatlar açıqlanıb

Azərbaycan milli komandasının Norveç və San Marino yığmaları ilə keçirəcəyi futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına bütün təyinatlar açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk qarşılaşmanı polşalı, növbəti görüşü isə monteneqrolu hakimlər briqadası idarə edəcəklər.


Norveç – Azərbaycan


Baş hakim: Daniel Stefanski


Baş hakimin köməkçiləri: Robert Marcin Boniek, Dawid Golis


Dördüncü hakim: Bartosz Frankowski


(Hakimlər Poşadandır)


Hakim-inspektor: Jones Peter (İngiltərə)


Komissar: Nicolae Camelia (Rumıniya)


Azərbaycan – San Marino


Baş hakim: Nikola Dabanovic


Baş hakimin köməkçiləri: Milutin Djukic, Jovica Tatar


Dördüncü hakim: Pavle Radovanovic


(Hakimlər Monteneqrodandır)


Hakim-inspektor: Kaj Ostergaard (Danimarka)


Komissar: Oljas Abrayev (Qazaxıstan)


Azərbaycan millisi Norveçlə sentyabrın 1-də Osloda, San Marino ilə sentyabrın 4-də Bakıda üz-üzə gələcək. 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun