İqtisadiyyat

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% azalıb

1 dəqiqə
Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% azalıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 084 988 400 manat məbləğində vəsait ödənilib. Bu barədə “Report”a Nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 235 045 900 manat və ya 6,11% azdır.

Açıqlamada deyilir ki, bu il üçün Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1% əməl olunub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun