İdman

Bu həftədən Türkiyə "Super Liqası"nın oyunları Azərbaycanda yayımlanacaq

1 dəqiqə
Bu həftədən Türkiyə "Super Liqası"nın oyunları Azərbaycanda yayımlanacaq

Futbol üzrə Türkiyə Super Liqasının oyunları Azərbaycanda ilk dəfə "CBC Sport" telekanalı vasitəsilə yayımlanacaq.

Məlumata görə, bu barədə telekanalın baş direktoru Volkan Üst bildirib.

O deyib ki, "Digitürk" xarici ölkələr arasında ilk dəfə Azərbaycan telekanalına yayım hüququnu verib. V.Üst 3 ay öncə başlanan danışıqların AFFA-nın da dəstəyilə müsbət yekunlaşdığını vurğulayıb. Oyunlar "CBC Sport"un şərhçiləri tərəfindən şərh olunacaq.

"CBC Sport" yayıma bu həftədən başlayacaq. Hər tur 2 oyun canlı yayımlanacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun