İqtisadiyyat

Gürcüstanın idxal etdiyi aviasiya neftinin 10,5%-i Azərbaycanın payına düşüb

1 dəqiqə
Gürcüstanın idxal etdiyi aviasiya neftinin 10,5%-i Azərbaycanın payına düşüb

Cari ilin avqust ayında Gürcüstan Azərbaycandan 1,1 ton aviasiya nefti idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, ötən ay qonşu ölkənin idxal etdiyi aviasiya neftinin 10,5%-i Azərbaycanın payına düşüb.

Avqust ayında  Gürcüstan ümumilikdə 10,4 min ton aviasiya nefti idxal edib ki, bu da iyul ayı ilə müqayisədə 4,5 min ton azdır.

Gürcüstan qeyd olunan neft məhsulu Azərbaycanla yanaşı,ən çox Türkmənistan (7,5 ton) və Yunanıstandan (1,6 ton) alıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun