İdman

“Qarabağ” – “Roma” matçına ilk gündə 3 min bilet satıldı

1 dəqiqə
“Qarabağ” – “Roma” matçına ilk gündə 3 min bilet satıldı

Ötən gün saat 17:00-dan etibarən “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununda qarşılaşacağı İtaliya “Roma”sı ilə matçın biletləri satışa çıxarılıb.

Abzas.net xəbər verir ki, ilk gündə təxminən 3000 bilet satılıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı.


“Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.


Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN


Şatış məntəqələri:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun