İdman

"Mançester Yunayted"-in əfsanəsi Uels yığmasının baş məşqçisi təyin olunub

1 dəqiqə
"Mançester Yunayted"-in əfsanəsi Uels yığmasının baş məşqçisi təyin olunub

Futbol üzrə Uels milli komandasına yeni baş məşqçi təyin olunub.

Bu barədə Britaniya KİV-i məlumat yayıb.

Bildirilir ki, Uels yığmasını bundan sonra "Mançester Yunayted"-in əfsanəvi yarımüdafiəçisi Ryan Giggs çalışdıracaq.

Uels yığmasının sabiq kapitanının millinin sükanı arxasına keçidi bugün rəsmiləşəcək.

Giggs-lə bərabər bu posta namizədlər arasında Uels yığmasının daha bir keçmiş ulduzu Craig Bellamy, Thierry Henry və Tony Pulis yer alırdı. Lakin sonda Uels Futbol Assosiasiyası Giggs-i seçib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun