İdman

Kavani "Napoli"yə qayıdır

1 dəqiqə
Kavani "Napoli"yə qayıdır

PSJ-nin futbolçusu Edinson Kavani “Napoli”yə qayıda bilər. Qol.az-ın “Futbol İtalia”ya istinadən yaydığı xəbərə görə, Neapol təmsilçisinin nümayəndələri uruqvaylı hücumçu ilə ilk görüşünü keçirib. Danışığın uğurlu alındığı bildirilir. 31 yaşlı forvardın ailəsi hələ də Neapolda yaşayır. Bu səbəbdən futbolçu İtaliyaya qayıtmaq istəyir.

Qeyd edək ki, Kavani 2010-2013-cü illərdə “Napoli”də çıxış edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun