İdman

"Arsenal"ın transfer siyahısında üç futbolçu

1 dəqiqə
"Arsenal"ın transfer siyahısında üç futbolçu

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın bu qış transfer etmək istədiyi futbolçular müəyyənləşib.

Qol.az-ın Britanya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubunun transfer siyahısında Cengiz Ünder ("Roma"), Nikolya Pepe ("Lill") və Usman Dembele ("Barselona") yer alıb.

Xəbərdə  "Arsenal"ın prezidenti Raul Sanllehinin bu qış mütləq transfer edəcəyi vurğulanıb.

Qeyd edək ki, İngiltərə təmsilçisi Avroliqanın E qrupunda 10 xalla 1-ci pillədə qərarlaşıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun