Gəncədə yaşayış binasının dağıntıları altından daha iki nəfərin cəsədi çıxarılıb. Bu, 1971-ci il təvəllüdlü Nigar Tağıyeva və 1994-cü il təvəllüdlü Hüseyn Heydərovdur.
Beləliklə, dörd mərtəbəli yaşayış binasında partlayış nəticəsində həlak olanların sayı 3 nəfərə çatıb, bir nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.
FHN başçısı Kəmaləddin Heydərov partlayış yerinə gəlib, o, xilasetmə işlərinin aparılmasına rəhbərlik edir.
***
Çərşənbə axşamı səhər saatlarında Gəncədə yaşayış binasında partlayış baş verib. FHN-in məlumatına görə, partlayışın səbəbi qaz sızmasıdır.
Nəticədə üç blokdan ibarət olan yaşayış binasının bir bloku tamamilə uçub, xəbəri yerli "Kəpəz TV" telekanalı yayıb.
FHN-in xilasediciləri dağıntıların altından zərərçəkmişləri çıxarır. Mənbənin məlumatına görə, bir nəfərin cəsədi aşkar edilib. Bu, 1994-cü il təvəllüdlü Cümə Cüməzadədir. Həmçinin, 21 yaşlı Orxan Məmmədli dağıntıların altından xilas edilib.
FHN yaşayış binasının dağıntıları altında qalanların axtarışı və xilas edilməsi üçün Bakıdan əlavə xilasedici və kinoloq briqadaları göndərib.
[embed]https://www.youtube.com/watch?v=jtk-z5e2NM4[/embed][embed]https://www.youtube.com/watch?v=bk3I3uaZdxc[/embed]
![Gəncədə dağıntılar altından daha iki nəfərin cəsədi çıxarılıb [video] - yenilənib](/_next/image?url=https%3A%2F%2Fs3.eu-central-1.amazonaws.com%2Fabzasmedia%2Fmedia%2Ffeatured_images%2F2022%2F07%2F02%2Fimages_cms-image-000044938.jpg&w=3840&q=75)