İdman

La Liqa klubu yeni baş məşqçi ilə müqavilə bağladı

1 dəqiqə
La Liqa klubu yeni baş məşqçi ilə müqavilə bağladı

La Liqa təmsilçisi "Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Xavyer Kalyehunun istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə Luis Qarsiya Plasa təyin edilib.

Onunla 2018/2019 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Vilyarreal" La Liqada hazırda 14 xalla 17-ci pillədə qərarlaşıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun