Siyasət

Aclıq edən siyasi məhbuslara təzyiqlərin güclənib

1 dəqiqə
Aclıq edən siyasi məhbuslara təzyiqlərin güclənib

13 saylı koloniyada aclıq edən siyasi məhbuslar İlkin Rüstəmzadə, Elçin İsmayıllı, Əhsən Nuruzadə və Bayram Məmmədovun aclığı dayandırması üçün təzyiq göstərilir.

Bu barədə Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev məhbusların qohumlarına istinadən bildirib.

"Fəalları hədələyirlər ki, aclığı dayandırmasalar Mehman Hüseynovla olduğu kimi, onlara da yeni cinayət işi açıla bilər, onları vərəm zonasına göndərə bilərlər. Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onları ziyarət etməsinə baxmayaraq, təzyiq davam edir", - hüquq müdafiəçisi bildirib.

Sözügedən şəxslər bloger Mehman Hüseynovun və digər siyasi məhbusların azadlığa buraxılması tələbilə yanvarın 13-dən aclıq edirlər.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun