Türkiyə kubokunda 1/8 final mərhələsinin ilk oyunları davam edir.
Tarixinin ən uğursuz mövsümünü keçirən “Fənərbaxça” səfərdə birinci liqa təmsilçisi “Ürmaniyespor”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 82-ci dəqiqədə Yasir Subaşı vurub.
