İdman

Messi milliyə nə vaxt qayıdacaq?

1 dəqiqə
Messi milliyə nə vaxt qayıdacaq?

"Barselona"nın hücumçusu Lionel Messinin Argentina millisinə qayıdacağı tarix açıqlanıb.

"Goal.com"un yaydığı xəbərə görə, 31 yaşlı futbolçu mart ayında Venesuela ilə keçiriləcək yoldaşlıq oyununda yenidən yığmanın formasını geyinəcəyi bildirilib. Görüş İspaniyada, "Atletiko"nun ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" stadionunda olacaq.

Qeyd edək ki, Messi sonuncu dəfə ötən ilin yayında Rusiyada keçirilən dünya çempionatının 1/8 finalının Fransa ilə oyununda (3:4) Argentina millisinin formasını geyinmişdi.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun