İdman

"Tottenhem"də növbəti ciddi itki

1 dəqiqə
"Tottenhem"də növbəti ciddi itki

"Tottenhem"in futbolçusu Dele Alli zədələnib.

Klubun saytın xəbərinə görə, 22 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda "Fulhem"lə matçda zədə alıb.

Tibbi müayinədən keçən ingilis futbolçunun dizaltı vətərində problem aşkarlanıb. Onun martın əvvəli məşqlərə qayıdacağı gözlənilir.

Qeyd edək ki, D.Allidən öncə komandanın əsas qol silahı Harri Keyn sıradan çıxmışdı.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun