Mədəniyyət

29 ildir AYB sədri olan yazıçı Anar, beşinci dəfə sədrliyə namizədliyini verəcəyini deyir

1 dəqiqə
29 ildir AYB sədri olan yazıçı Anar, beşinci dəfə sədrliyə namizədliyini verəcəyini deyir

"Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm".

Bunu jurnalistlərə açıqlamasında AYB sədri Anar Rzayev deyib.

"Bu il Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək. Amma qurultayın tarixi haqqında hələlik dəqiq məlumat yoxdur. Hesab edirəm ki, bu il ərzində qurultay baş tutacaq və qurultayda sədr vəzifəsinə öz namizədliyimi irəli sürəcəyəm", - o qeyd edib.

Xatırladaq ki, 1991-ci ildə AYB-nin IX qurultayında quruma sədr seçilmiş yazıçı Anar ondan sonrakı X, XI XII qurultaylarda yenə AYB-yə sədr seçilib və ümumilikdə 29 ildir ki AYB sədridir. O hal-hazırda 81 yaşındadır.

 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun