Siyasət

Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəmə işinə baxılıb

1 dəqiqə
Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəmə işinə baxılıb

Təqsirləndirilən şəxsin yaxınları bildirir ki, İlkin günahsızdır və o yanvarın 6-sı həbs olunmağına baxmayaraq, sənədlərdə həbs tarixi yanvarın 10-u göstərilir. Yaxınları və vəkilləri İlkinə  4 gün həbsdə işgəncə verildiyini, etmədiyi cinayəti boynuna qoyduqlarını deyir.

Təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov bildirir ki, İlkin tutulduğu gündən bu günə kimi onunla görüşə bilməyib. Səbəb olaraq isə onlara bildiriblər ki, sizin İlkinlə görüşməyinizə qadağa yoxdu.

Qeyd edək ki, 21 noyabr 2019-cu il tarixində 2010-cu il təvəllüdlü Quliyeva Nərmin itkin düşüb. Yanvarın 6-sı isə onun Dondar Quşçu kəndi ərazisində yanmış meyiid aşkar edilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun