Dünya

Baydenin ayağı sındı

1 dəqiqə
Baydenin ayağı sındı

BŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden ayağını sındırıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd edilib ki, hadisə C.Bayden iti ilə oynayarkən baş verib. Həkimlər onun ayağında bir neçə yerdə sınıqlar aşkarlayıb. Bayden bir neçə həftə ərzində sarğı taxacaq və xüsusi ayaqqabıda gəzməli olacaq.

Bayden noyabrın 3-də keçirilmiş prezident seçkilərində qalib gəlib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun