Tanınmamış Abxaziya Respublikasının Qali regionunda yaşayan miliyyətcə gürcü İrakli Bebua Abxaziya bayrağını ictimai şəkildə yandırdığı üçün bu gün doqquz illik həbsə məhkum edilib.
Bundan əlavə məhkəmə onu "qeyri-qanuni silah əldə etmə və saxlama" maddəsi ilə də təqsirkar bilib.
Hadisə sentyabr ayının 30-u günü Abxaziyada "Zəfər və Müstəqillik günü" keçirilərkən baş verib. Bebu yerli mədəniyyət evinin qarşısında asılmış tanınmamış Abxaziya Respublikasına məxsus bayrağı endirərək üzərinə benzin töküb yanıdırıb.
O həbs olunandan sonra evinə baxış keçirilərkən evində RQ-42 əl qumbarası tapılıb.
Bebua məhkəmədə deyib ki, o bayrağı yandırıb və bunu "işğal edilmiş Abxaziyanın müstəqillik gününün keçirilməsinə etiraz olaraq edib". O qeyri-qanuni silah saxlama və evində əl qumbarası olmasını inkar edib.
Bebua sosial şəbəkədə yaydığı videoda öz etirazını bildirib və abxaz xalqı ilə gürcü xalqının yenidən birgə yaşamasına çağırıb.
