Dünya

12 ölkə sərhədlərin "fiziki maneələrlə" gücləndirilməsi barədə Avropa İttifaqına müraciət edib

1 dəqiqə
12 ölkə sərhədlərin "fiziki maneələrlə" gücləndirilməsi barədə Avropa İttifaqına müraciət edib

Yunanıstan, Avstriya, Macarıstan, Bolqarıstan, Çex Respublikası, Danimarka, Estoniya, Litva, Latviya, Cənubi Kipr, Slovakiya və Polşanın daxili işlər və ya immiqrasiyasından məsul olan nazirləri Avropa İttifaqı Komissiyasına birgə məktub ünvanlayıblar.

Aİ-yə üzv 12 dövlətin nazirləri mühacirlərə qarşı sərhədlərin “fiziki maneələrlə” gücləndirilməsi tələb ediblər.

Məktubda Avropanın mövcud hüquqi çərçivəni yeni reallıqlara uyğunlaşdırmasının lazım olduğu bildirilib.

Ən çox sığınacaq müraciəti alan Fransa, Almaniya və İspaniya məktubu imzalamayıblar.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun