Dünya

Sudanda hərbi çevriliş: Dünya Bankı yardımları dayandırır

1 dəqiqə
Sudanda hərbi çevriliş: Dünya Bankı yardımları dayandırır

Dünya Bankı mülki hökumətə qarşı hərbi çevrilişdən sonra Sudana yardımları dayandırıb.

Sudanda hərbi çevrilişdən sonra bazar ertəsi siyasi liderlər saxlanılıb, ardınca isə ölkə boyu etiraz aksiyaları keçirilib. Beynəlxalq ictimaiyyət çevrilişi qınayıb.

Afrika İttifaqı Sudanın üzvlüyünü ölkədə mülki şəxslərin rəhbərlik etdiyi keçid hökuməti qurulana qədər dayandırdığını açıqlayıb. Açıqlamada çevrilişin Sudan Konstitusiyasına zidd olduğu bildirilib.

BBC-nin xəbərinə görə, ABŞ da 700 milyon dollarlıq yardım paketini dondurub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun