Dünya

ABŞ vaksin olunanlar üçün səyahət qadağasını ləğv edib

1 dəqiqə
ABŞ vaksin olunanlar üçün səyahət qadağasını ləğv edib

ABŞ-da Donald Tramp dövründə koronavirus pandemiyası səbəbi ilə qüvvəyə minən səyahət qadağası ləğv edilib.

20 aydır tətbiq edilən qadağa peyvənd olunanlar üçün başa çatıb.

Yeni qanunla ABŞ-a getməyə hazırlaşanlardan vaksin olunması, son 3 gündə edilmiş və neqativ nəticələnmiş Covid-19 testi tələb ediləcək. 16 yaşa qədər uşaqlardan heç nə tələb edilməyəcək, 16-18 yaş aralığındakı insanlar isə neqativ test nəticələri təqdim etməli olacaqlar.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun