Bolqarıstan Türkiyə ilə sərhədinə artan miqrant axınına qarşı polisə dəstək olmaq üçün 350 əsgər göndərdiyini açıqlayıb.
Bolqarıstanın müdafiə naziri Georgi Panayotov bazar ertəsi özəl bTV kanalına deyib: "Bu gündən etibarən Bolqarıstan-Türkiyə sərhədində polisə kömək etmək üçün əsgərlər göndərmişik".
350 əsgərlə birlikdə sərhədə 40 texnikanın da göndərildiyi qeyd edilib.
Bolqarıstan Müdafiə Nazirliyinin məlumatına görə, bu il ərzində 6500 nəfər qeyri-qanuni olaraq sərhədi keçib.
Bu, 2020-ci ilin ilk doqquz ayındakı saydan üç dəfə çoxdur.
Bolqarıstan Yaxın Şərq və Əfqanıstandan Aİ-yə keçmək istəyən miqrantlar üçün kritik mövqedədir.
Aİ-nin şərq ucu olan Bolqarıstanın Türkiyə ilə sərhədində bir hissəsinin zədələnməsinə baxmayaraq, 259 kilometr tikanlı məftil var.
Avqust ayında parlament Yunanıstan-Türkiyə sərhədində hasarlar çəkmək üçün təxminən 400-700 əsgər göndərib.
Aİ-nin ən kasıb üzvü olan Bolqarıstan indiyədək heç vaxt çoxlu sayda immiqrant qəbul etməyib.
