Cəmiyyət

DSX-nin Akademiyasının kursantı intihar edib, cinayət işi açılıb

1 dəqiqə
DSX-nin Akademiyasının kursantı intihar edib, cinayət işi açılıb

Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 2-ci kursunda təhsil alan kursant, 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun