Dünya

“Eurasian Research”: Ərdoğan bütün mümkün namizədlərə uduzur

2 dəqiqə
“Eurasian Research”: Ərdoğan bütün mümkün namizədlərə uduzur

“Eurasian Research” noyabrda keçirdiyi son seçki sorğusunun nəticələrini açıqlayıb. 26 vilayətdə 1260 nəfərin iştirakı ilə keçirilən sorğuya əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün mümkün namizədlər qarşısında uduzur. Erkən seçim etmək istəyənlərin nisbəti 64,3 faizdir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) AKP-ni qabaqladığı sorğuda respondentlərin 62,3 faizi ciddi iqtisadi böhran olduğunu bildirib. 15 gün əvvəl keçirilən sorğuya görə, bu nisbət 3 faiz artıb.

25,7 faizi iqtisadi böhranın müvəqqəti olduğunu düşündüyünü bildirib. İqtisadi böhran olduğunu düşünməyənlərin göstəricisi 3,2, “bilmirəm” bəndini qeyd edənlərin nisbəti isə 6,8 faiz olub.

Verilən sualların və cavabların mütənasib bölgüsü aşağıdakı kimidir:

►Sizcə iqtisadi böhran varmı?

Məncə ciddi iqtisadi böhran var: 62,3 faiz

Hesab edirəm ki, müvəqqəti iqtisadi tənəzzül var: 25,7 faiz

Bilmirəm: 8,8 faiz

Mən iqtisadi böhranın olduğunu düşünmürəm: 3,2 faiz

►İndiki hökumətin iqtisadi böhrana son qoya biləcəyinə inanırsınızmı?


  • Xeyr, bitirə bilməz: 64 faiz

  • Heç bir fikrim yoxdur: 18,1 faiz

  • Bəli, inanıram ki, bitirəcək: 17,9 faiz


►Sizcə erkən seçkilər keçirilməlidirmi?

Bəli: 64,3 faiz


  • Yox: 25,9 faiz

  • Qərarsız: 9,8 faiz


►Növbədənkənar seçki olacağı təqdirdə hansı partiyaya səs vermək fikrindəsiniz?

CHP: 25,6 faiz

AKP: 24,2 faiz

Qərarsız / Səs yoxdur: 14,9 faiz

İYİ Parti: 10,1 faiz

HDP: 8,8 faiz

MHP: 6,2 faiz

DEVA: 5 faiz

Gələcək Partiyası: 2,2 faiz

Digər: 2 faiz

Səadət Partiyası: 1 faiz

►Qərarsızlar bölüşdürüldükdə eyni suala cavab verənlərin nisbəti belə olub:

CHP: 30,1 faiz

AKP: 28,4 faiz

İYİ Parti: 11,9 faiz

HDP: 10,3 faiz

MHP: 7,3 faiz

DEVA: 5,9 faiz

Gələcək Partiyası: 2,6 faiz

Digər: 2,3 faiz

Səadət Partiyası: 1,2 faiz

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun