Dünya

Myanmada amerikalı jurnalistə 11 il həbs cəzası verilib

1 dəqiqə
Myanmada amerikalı jurnalistə 11 il həbs cəzası verilib

Myanma məhkəməsi amerikalı jurnalist Denni Fensteri terror fəaliyyəti və üsyana təhrik ittihamı ilə 11 il həbs cəzasına məhkum edib.

Bundan əlavə, məhkəmə onu viza rejimini pozmaqda və qadağan olunmuş təşkilatlarla əlaqədə təqsirli bilib. Fenster may ayında Yanqon beynəlxalq hava limanında saxlanılıb.

ABŞ hökuməti dəfələrlə Myanma hökumətini zorakılığa son qoymağa və siyasi məhbusları azad etməyə çağırıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun