Ukraynanın Belarusdakı hərbi ataşesi Belarusun Müdafiə Nazirliyinə çağırılıb.
Nazirlik tərəfindən hərbi attaşeyə etiraz notası təqdim edilib.
Yayılan mlumatlara görə, buna səbəb Belarus sərhədlərinin pozulması olub.
Belarus tərəfinin iddiasına görə, 4 dekabr 2021-ci il tarixində Ukraynaya məxsus Mi-8 tipli helikopter Novaya Rudnya kəndi ərazisində Belarus Respublikasının hava məkanına daxil olub.
