Siyasət

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində yenidən təxribata əl atıb

1 dəqiqə
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində yenidən təxribata əl atıb

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən  Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.

Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun