Siyasət

MN: "Ermənistanın Kəlbəcərdə təxribat törətməsi nəticəsində 1 hərbi qulluqçumuz şəhid olub"

1 dəqiqə
MN: "Ermənistanın Kəlbəcərdə təxribat törətməsi nəticəsində 1 hərbi qulluqçumuz şəhid olub"

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq edib.

Nazirlikdən bildirilib ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub", - nazirlikdən qeyd olunub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun