Dünya

Rusiya məhkəməsi “Memorial” hüquq müdafiə mərkəzinin də ləğvinə qərar verib

1 dəqiqə
Rusiya məhkəməsi “Memorial” hüquq müdafiə mərkəzinin də ləğvinə qərar verib

Moskva Şəhər Məhkəməsi Moskva prokurorluğunun iddiasını təmin edərək "Memorial" hüquq müdafiə mərkəzini ləğv edib.

“Məhkəmə “Memorial” İnsan Hüquqları Mərkəzi rayonlararası ictimai təşkilatının ləğvi ilə bağlı prokurorluğun iddialarını tam şəkildə təmin edib”, - hakim bildirib.

“Memorial” Rusiya Federasiyasında QHT-xarici agent kimi tanınır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun