Dünya

İrəvanda müxalifət mərkəzi prospekti bağlayaraq gecəni orada keçirib

1 dəqiqə
İrəvanda müxalifət mərkəzi prospekti bağlayaraq gecəni orada keçirib

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən "Vətənin Xilası Hərakatı"nın üzvləri bu gecəni paytaxtın mərkəzində yerləşən Baqramyan prospektində, ölkə parlamenti ilə üz-üzə olan emydanda qurduqları çadırda keçiriblər.

Onlar hakimiyyət dəyişikliyinin parlamentdə həll edilməsini istəyirlər.

Bu gün 13:00-da isə ölkə parlamentinin önündə müxalifətin böyük mitinqi başlayıb.

Qeyd edək ki, "Vətənin Xilası Hərakatı"ndan baş nazir postuna vahid namizəd olan Vazqen Manukyan dünən öz tərəfdarlarına müraciət edərək Baqramyan prospektini hər iki tərəfdən bağlamağa çağırıb. Daha sonra onlar prospektin üstündə çadırlar qurublar və orda gecələyiblər.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun