Dünya məşhur hollan rəssamı Van Qoqun Fransanın paytaxtı Paristə yaşadığı zaman çəkdiyi "Montmartirdə bir küçə" adlı tablosu yüz ildən sonra ortaya çıxıb.
Van Qoq bu rəsmi 1886-87-ci illərdə qardaşı Teo ilə birlikdə Fransada yaşadığı zaman çəkib. Şəkil 1920-ci ildə bir fransız ailə tərəfindən satın alınıb amma sonrada heç vaxt sərgilərdə göstərilməyib.
Şəkil martın 25-də Sotheby's ingilis incəsənət auksionu şirkəti tərəfindən Paris, Nyu-York, Honq-Konq və London da auksiona qoyularaq satılacaq.
Satılana qədər rəsm Paris, Amsterdam və Honq-Konqdakı sərgilərdə göstəriləcək. Rəsmə 5-8 milyon avro arası bir qiymət qoyulacağı gözlənilir.
