Dünya

Avropa Birliyi koronavirusa qarşı Johnson & Johnson peyvəndinin istifadəsinə razılıq verib

1 dəqiqə
Avropa Birliyi koronavirusa qarşı Johnson & Johnson peyvəndinin istifadəsinə razılıq verib

Avropa dərman agentliyi koronavirusa qarşı daha bir peyvəndi, Johnson & Johnson peyvəndini təsdiqləyib. Johnson & Johnson peyvəndləri Avropa ərazisində istifadə olunacaq dördüncü peyvənddir.

Deutsche Welle-nin məlumatına görə adı çəkilən peyvənd Janssen əczaçılıq şirkəti tərəfindən hazırlanıb və başqa peyvəndlərdən üstünlüyü odur ki, onun istifadəsi zamanı cəmi bir dozasının vurulması bəs edir.

Avropa İttifaqı artıq Johnson & Johnson peyvəndindən 400 milyon doza sifariş verib.

Johnson & Johnson peyvəndi ilə bağlı aparılan klinik araşdırmalar göstərir ki, peyvənd koronavirusa yoluxma riskini və xəstəliyin ağırlaşmasını vurulandan dörd həftə sonra 66 faiz azaldır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun