Siyasət

Bolqarıstanda bir sıra vəzifəli şəxs Rusiyaya cəsusluq etməkdə ittiham olunaraq saxlanılıb

1 dəqiqə
Bolqarıstanda bir sıra vəzifəli şəxs Rusiyaya cəsusluq etməkdə ittiham olunaraq saxlanılıb

Bolqarıstan mətbuatı ölkənin paytaxtı Sofiyada xeyli sayda şəxsin Rusiyaya cəsusluq etmək ittihamı ilə saxlanıldığını bildirib. 

"BTV Novinite"-nin xəbərinə görə, əməliyyatı ölkınin Milli Təhlükəsizlik İdarəsi və Daxili İşlər Nazirliyi birgə təşkil edib.

Məlumatlara görə, Rusiyaya cəsusluq etməkdə ittiham olunub saxlanılan şəxslər gizli məlumatlara çıxışı olan bir qrup dövlət rəsmisidir.

Bolqarıstan hökuməti isə məsələ ilə bağlı açıqlama verməyib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun