Siyasət

Ombudsman Səbinə Əliyeva və Bəxtiyar Hacıyev görüşüblər

1 dəqiqə
Ombudsman Səbinə Əliyeva və Bəxtiyar Hacıyev görüşüblər

Aktivist Bəxtiyar Hacıyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ilə görüşüb.

Bu barədə B.Hacıyev feysbuk hesabında yazıb.

"Bu gün son hadisələrlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyeva ilə görüşdük. Məni qəbul etdi, dinlədi, qeydlər apardı və şikayətimi qəbul edərək, ən qısa zamanda səlahiyyətləri çərçivəsində məsələni nəzarətdə saxlayacağını, hüquq-mühafizə orqanlarına müvafiq müraciətlər edəcəyini bildirdi.

Azərbaycanda Ombudsmanın səlahiyyətləri hətta qanunvericilikdə belə lazım olduğundan xeyli azdır, praktikada isə bu daha məhduddur. Ombudsman Aparatı hüquq-mühafizə, istintaq orqanı deyil, ancaq hər bir halda Səbinə xanımın operativ reaksiyası və insani münasibətini görmək xoş oldu", - B.Hacıyev qeyd edib.



Sosial şəbəkələrdə B.Hacıyevə aid olduğu iddia edilən şəxsi mesajlar və səs yazıları yayılıb. Bəxtiyar Hacıyev yazılanların ona aid olmadığını qeyd edib. Bəzi media qurumları da yazıların Bəxtiyar Hacıyevə aid olmamasına, fotomontajla düzəldilməsinə dair təhlil aparıblar.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun