Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla müxalif "Çiçəklənən Ermənistan" partiyasının parlament fraksiyasının rəhbəri Qaqik Çarukyan arasında görüş keçirilib. Bu haqda Nikol Paşinyan "Facebook"dakı hesabında məlumat yayıb.
O yaydığı bəyanatda qeyd edib ki, ölkədə yaranmış mürəkkəb vəziyyətdən çıxmağın yeganə yolu növbədənkənar parlament seçkiləridir. O bu qərarını həmçinin Ermənistan prezidenti, parlamentdəki iqtidar blosuku "Mənim addımın" və "İşıqlı Ermənistan" partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyanla da müzakirə etdiyini qeyd edib. Paşinyan bu il iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib.
