Dünya

Rumıniyada açıq havada maska taxmaq və digər karantin qaydalarına qarşı etiraz aksiyası keçirilib

1 dəqiqə
Rumıniyada açıq havada maska taxmaq və digər karantin qaydalarına qarşı etiraz aksiyası keçirilib

Rumıniyanın paytaxtı Buxarest və başqa bir neçə şəhərdə koronavirus məhdudiyyətləri əleyhinə etiraz aksiyası keçirilib. Aksiyalar nəticəsində Rumınyada koronavirusa yoluxanların sayı da artıb, polislə etirazçılar arasında toqquşmalar da baş verib. Aksiyaçılar açıq havada maska taxmaq tələbi və komendat saatına etiraz edirlər.

Gecə saat 01:00-da paytaxtın Birlik Meydanında şiddətlənən mitinqdə iştirakçılar jandarmlara daşlar və butulkalar atmağa başlayıb. Toqquşmalar zamanı mağazaların vitrinləri qırılıb və avtobus dayanacaqları zərər görüb. Polis mitinqçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib, onlarla aksiya iştirakçısı həbs olunub.

Bənzər aksiyalar Rumınyanın Krayov, Qalaç, Briel, Sibu şəhərlərində də qeydə alınıb. Yerli mətbuatın məlumatına görə Qələbə Meydanında keçirilən mitinqlərdə 5 min insan iştirak edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun