Dünya

Twitter hesabı bloklanan Tramp tərəfdarları ilə ünsiyyət üçün özünə yeni sayt yaradıb

1 dəqiqə
Twitter hesabı bloklanan Tramp tərəfdarları ilə ünsiyyət üçün özünə yeni sayt yaradıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp twitterdə hesabı bloklanandan sonra özünə yeni sayt yaratmağı qərara alıb. Yeni saytını o arvadı Melania Trampla birgə açıb və ABŞ-ın 45-ci prezidentinin həyatı haqda bəhs etdiyi üçün "45office.com" - adlandırıb. Prezident bu saytda öz tərəfdarları ilə ünsiyyət quracaq.

Trampın mətbuat xidmətinin bəyanatında deyilir ki, Donald Tramp bu saytı açaraq Tramp administrasiyasının gözəl irsini qoruyacaq və "Amerika hər şeydən öncə" siyasətini inkişaf etdirəcək.

Trampın ofisi vətəndaş və ictimai aktivistlərin köməyilə amerikalıları məlumatlandırmaq, təlimlər təşkil etmək və həvəsləndimək üçün saytdan istifadə edəcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun