Dünya

Baltik ölkələrinin XİN rəhbərləri Rusiya aqressiyasına qarşı dəstək üçün Ukraynaya səfər edib

1 dəqiqə
Baltik ölkələrinin XİN rəhbərləri Rusiya aqressiyasına qarşı dəstək üçün Ukraynaya səfər edib

Üç Baltik ölkəsi Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri rus aqressiyasına qarşı dəstək və həmrəylik nümayişi etdirmək üçün Ukraynaya səfər ediblər. Səfər aprelin 15-i baş tutub.

Ukrayna Xarici İşlər Nazirliyi səfərin Rusiyanın ukrain sərhəddləri ətrafında gərginlik yaratması fonunda baş tutduğunu və üç ölkənin Ukraynayla həmrəylik göstərdiyini bəyan edib.

Ukrayna diplomatları baltik həmkarları ilə Ukraynanın ərazi bütövlüyü, suverenlik və təhlükəsizliyinin dəstəklənməsi mövzusunda müzakirələr aparıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun