Dünya

Ermənistan XİN Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını deyir

1 dəqiqə
Ermənistan XİN Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını deyir

Ermənistan Xarici İşlər Nazirliyi 2016-cı ilin Aprel döyüşlərinin 5 illiyi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, həm 2016-cı ildəki Aprel döyüşləri, həm də 2020-ci ilin sentyabrındakı müharibə göstərdi ki, Dağlıq Qarabağ heç bir zaman, heç bir statusda Azərbaycanın tərkibində ola bilməz.

Ermənistanın xarici siyasət idarəsi bəyanatında qeyd edir ki, 2016-cı ilin 2 aprelində Azərbaycan ordusu atəşkəs razılaşmasını kobud surətdə pozub və Qarabağa genişmiqyaslı hücumlara başlayıb. Azərbaycan ordusunun hücumları nəticəsində həmçinin yerli əhali də zərərlər çəkib.

Ermənistan XİN-in bəyanatına görə Aprel döyüşlərində Azərbaycan cəzasızlıq şəraitindən həvəslənərək Ermənistanla hərbi ritorikada danışmağa başladı.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun