Dünya

Erməni deputat: "Azərbaycan bir yandan sülh istəyir, bir yandan Zəngəzuru geri istəyir"

1 dəqiqə
Erməni deputat: "Azərbaycan bir yandan sülh istəyir, bir yandan Zəngəzuru geri istəyir"

Erməni parlamentinin növbədənkanar iclasında hakim "Mənim addımım" fraksiyasından olan deputat Tatevik Hayrapetyan Azərbaycan prezidentinin Zəngəzuru tarixi Azərbaycan torpağı adlandırmağına toxunub. O deyib ki, bu Ermənistanın beynəlxalq çərçivədə tanınmış ərazilərinə iddia etməkdir.

"Dünən Əliyevin yeni ictimai çıxışı ortaya çıxdı, növbəti dəfə o yenə Zəngəzura iddialarını irəli sürüb. Faktiki olaraq Azərbaycan tərəfi bir yandan münaqişənin bitməsindən, sülhdən danışır, bir yandan da Ermənistanın beynəlxalq çərçivədə tanınan ərazilərinə iddia edir" - deyə Hayrapetyan əlavə edib. O deyib ki, bununla bağlı beynəlxalq həmkarlarımıza məlumat verməliyik.

Deputat Azərbaycanın iddialarına beynəlxalq reaksiyaların olacağına ümüd etdiyini bildirib.

 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun