Amnesty International və daha 30 insan haqqları təşkilatı Avropa Birliyini koronavirusa qarşı vaksinlərdə patentləşmədən imtina etməyə çağırıb. "Əgər vəziyyət dəyişməsə kiçik bir qrupun gəlir maraqları insanlığın taleyini müəyyən edəcək" - deyə Amnesty International aprelin 26-da Berlində bəyan edib.
Ancaq Avropa Komissiyası patentlərin ləğv edilməsi sürətli peyvəndləyə bilməmə problemini həll etmir. "Peyvəndlərlə bağlı problemlər patentləmə ilə əlaqədar deyil, peyvənd istehsalının aşağı sürətlə aparılmasındadır" - deyə Brüsseldə Avropa Komissiyasının mətbuat katibliyindən məlumat verilib.
Xatırladaq ki, koronavirus xəstəliyi artıq dünya əhalisinin 148 milyon nəfər sakininə yoluxub. Covid-19 diaqnozu qoyulmuş 3 milyondan çox insan dünyasını dəyişib, 125 milyon insansa sağalıb.
