Dünya

Ukraynada korrupsiya əməllərinə görə ədliyyə nazirinə qarşı cinayət işi açılıb

1 dəqiqə
Ukraynada korrupsiya əməllərinə görə ədliyyə nazirinə qarşı cinayət işi açılıb

Ukraynanın Korrupsiyaya Qarşı Milli Bürosu ölkənin ədliyyə naziri Denis Malyuska-ya qarşı cinayət işi qaldırıb. Bu haqda Ukryana mediası aprelin 19-u yazıb.

Xəbərə görə ədliyyə naziri "Yeni Yanacaq Kompaniyası" adlı şirkəti və onunla bərabər 19 təsərrüfat şirkətini ələ keçirməkdə şübhəli bilinir.

Nazir haqda şikayəti isə fevralın 19-da "Yeni Yanacaq Kompaniyası"nın direktoru edib.

Müstəntiqlər ehtimal edir ki, Denis Malyuska-yla bərabər onun müavini Yevqeniy Qoroveç və nazirliyin bir neçə başqa əməkdaşı da mənimsəmə cinayətində iştirak ediblər.

Denis Malyuska 2019-cu ildən bəri Ukraynanın ədliyyə naziridir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun