Dünya

Almaniya hökumətindən uşaqlar və gənclər üçün 2 milyardlıq yardım

1 dəqiqə
Almaniya hökumətindən uşaqlar və gənclər üçün 2 milyardlıq yardım

Almaniya hökuməti koronavirus (Covid-19) tədbirlərinin uşaqlar və gənclər üçün mənfi təsirlərini azaltmaq məqsədilə 2 milyard avro həcmində maliyyə paketi ayırıb. 

Bu barədə məlumatı Almaniyanın təhsil naziri Anja Karliczek verib. O bildirib ki, kompensasiya üçün fəaliyyət proqramının 1 milyardı təhsil sahəsinə ayrılacaq.

Bildirilir ki, iki milyard avronun bir milyardı  dərslərindən geri qalan gənclərin əlavə təhsil almasına xərclənəcək. Bir milyard avro isə uşaqların və gənclərə psixoloji dəstək üçün xərclənəcək.

Tədbirlər çərçivəsində çox ağır şərtlərdə yaşayan ailələrə digər dövlət təminatlarından kənar, hər uşaq üçün 100 avro verilməsi də nəzərdə tutulub. Bütün ödənişlərin avqust ayında tamamlanması planlaşdırılıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun