Siyasət

Azərbaycan Ermənistana daha üç əsiri qaytarıb

1 dəqiqə
Azərbaycan Ermənistana daha üç əsiri qaytarıb

Dünən gecə Ermənistanın beynəlxalq hava limanı olan "Erebuni"yə Qarabağdakı rus sülhməramlılarının rəhbəri general-leytenant Rüstəm Muradov növbəti dəfə Azərbaycandan üç nəfər erməni əsirini gətirib. Bu haqda mayın 4-də jurnalistlərlə danışan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Boris Avaqyan bildirib.

Onun sözlərinə görə əsirləri vətəninə qaytarmağında Rusiya höküməti, Rusiya Müdafiə Nazirliyi və xüusilə də Qarabağdakı sülhməramlı qüvvələrin rəhbəri general-leytenanat Rüstəm Muradovun böyük rolu var.

Xatırladaq ki, Azərbaycan indiyədək Ermənistana ümumilikdə 69, Ermənistan isə Azərbaycana 16 əsir qaytarıb.

Azərbaycan tərəfi bildirir ki, Azərbaycanda saxlanan şəxslər 9 noyabr atəşkəs razılaşmasından sonra Azərbaycanın nəzarətində olan ərazidə tutulublar və Bakı onları qanuni hərbi əsir yox, “terrorçu” hesab edir.

Mayın 4-də Ermənistan tərəfinə əsirlərin verilməsi barədə hələki rəsmi açıqlama yoxdur.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun