Siyasət

Ermənistan MN saxlanılan diversantların adlarını açıqladı

1 dəqiqə
Ermənistan MN saxlanılan diversantların adlarını açıqladı

Bu gün gecə saatlarında Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilərək saxlanılan erməni hərbçilərin adları açıqlanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Saxlanılan 6 hərbçinin adları:

A.N. Abqaryan,

I.A. Sarkisyan,

V.V. Sarkisyan,

B.S. Ohanyan,

A.Q. Budoyan,

V.O. Rafaelyan.

Xatırladaq ki, mayın 27-də saat 3 radələrində Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və  yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

Həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılıblar.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun