Dünya

Fətullah Gülənin qardaşı oğlu xaricdə tutularaq Türkiyəyə gətirilib

1 dəqiqə
Fətullah Gülənin qardaşı oğlu xaricdə tutularaq Türkiyəyə gətirilib

“Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən xaricdə tutularaq Türkiyəyə gətirilib.

“Anadolu” agentliyi xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, FETÖ-də bir çox önəmli şəxslərlə qohumluq əlaqəsi olan Səlahəddin Gülənin liderin əmri və FETÖ-nün xüsusi təşkilatının köməyi ilə xaricə qaçdığı bildirilirdi.

“Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə saxlanılan S. Gülənin terror təşkilatının məsləhətləşmə komitəsinin üzvləri və yüksək vəzifəli şəxsləri ilə də əlaqəli olduğu müəyyən olunub. Bundan əlavə Gülən azyaşlı bir qıza təcavüz etməkdə də ittiham olunur.

Səlahəddin Gülən MİT tərəfindən ölkə xaricində aparılan əməliyyatla Türkiyəyə gətirilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun