Siyasət

Həmsədrlər Azərbaycanın erməni hərbçiləri geri qaytarmasını alqışladılar

1 dəqiqə
Həmsədrlər Azərbaycanın erməni hərbçiləri geri qaytarmasını alqışladılar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan tərəfinin erməni hərbi qulluqçular - Robert Vardanyan, Samvel Şuxyanın və Seran Tamrazyanı geri qaytarmasını alqışlayıblar.

Bu barədə Minsk qrupu həmsədrlərinin - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) bəyanatında bildirilir.

Həmsədrlər hər iki tərəfi əsirlərin, müharibə zamanı həlak olanların meyitlərini qarşılıqlı formada qaytarılması prosesini tamamilə və operativ şəkildə başa çatdırmağa çağırıblar.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun