Siyasət

Paşinyan İrəvanın Bakı ilə yeni sənəd imzalayacağını dedi

1 dəqiqə
Paşinyan İrəvanın Bakı ilə yeni sənəd imzalayacağını dedi

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün keçirdiyi hökumət iclasında Ermənistanla Azərbaycan arasında yeni sənədin imzalana biləcəyini təsdiqləyib.

Bu barədə “RİA Novosti” məlumat yayır.

O qeyd edib ki, əgər Azərbaycan razılıq verərsə, sənədi imzalayacaq.

Paşinyanın sözlərinə görə, danışıqlar davam etdiyi üçün sənədin məzmunu hələ təqdim edilməyəcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun